Azərbaycan Basketbol Liqasında 6-cı tura bu gün yekun vurulacaq.


Rekord.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçiriləcək.


"Gəncə" - "Sumqayıt" matçı saat 14:00-da, "Naxçıvan" - "LANDAU Lions" görüşü saat 15:00-da start götürəcək.


Oyunlar müvafiq olaraq Gəncə İdman Sarayında və Milli Gimnastika Arenasında baş tutacaq.


Xatırladaq ki, turun əvvəlki qarşılaşmalarında "Sabah" "Ordu"nu (93:81), "Neftçi" NTD-ni (82:63) məğlub edib.