Misli Premyer Liqasında 11-ci tura və 1-ci dövrəyə bu gün yekun vurulacaq.


Rekord.az xəbər verir ki, sonuncu oyun günündə daha iki matç keçiriləcək.


İlk olaraq "Sumqayıt" "İmişli"nin qonağı olacaq. Yevlax şəhər stadionundakı qarşılaşma saat 15:00-da start götürəcək. Meydan sahibləri 10 xalla səkkizinci, "gənclik şəhəri" təmsilçisi 9 xalla doqquzuncu pillədə qərarlaşıb.


Tura "Sabah" - "Şamaxı" görüşü ilə yekun vurulacaq. Oyun saat 17:30-da başlayacaq. Ehtiyatda daha bir matçı olan paytaxt klubu 20 xalla üçüncü, qonaqlar 13 xalla yeddinci yerdədir.


Peşəkar Futbol Liqasının qərarı ilə XI tur "Zəfər turu" adlanıb.


Misli Premyer Liqası

11-ci tur

8 noyabr


15:00. "İmişli" – "Sumqayıt"


Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Müslüm Əliyev, Namiq Bəkirov.


VAR: Cavid Cəlilov.


AVAR: Pərvin Talıbov.


Hakim-inspektor: Əmrah İbrahimov.


AFFA nümayəndəsi: Azər Əsgərov.


Yevlax şəhər stadionu


17:30. "Sabah" – "Şamaxı"


Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Nicat İsmayıllı.


VAR: Rəvan Həmzəzadə.


AVAR: Eyyub İbrahimov.


Hakim-inspektor: Munis Abdullayev.


AFFA nümayəndəsi: Elçin Məmmədov.


"Sabah Arena"


Xatırladaq ki, turun əvvəli oyunlarında "Turan Tovuz" "Qarabağ"ı, "Neftçi" "Kəpəz"i (hər ikisi 1:0), "Zirə" "Qəbələ"ni (2:1) məğlub edib. "Şəfa" - "Araz-Naxçıvan" oyununda isə qalib müəyyənləşməyib - 2:2.