İsrail Premyer Liqasında 10-cu turun oyunları keçirilir. 


Rekord.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Rüfət Abdullazadənin formasını geyindiyi "Kiryat Şimona" öz meydanında "Hapoel”i (Hayfa) qəbul edib.


Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Abdullazadə görüşün 58-ci dəqiqəsində meydana daxil olub.


Bu qələbədən sonra xallarının sayını 7-yə çatdıran "Kiryat Şimona" turnir cədvəlinin 11-ci pilləsinə yüksəlib.