Azərbaycan Basketbol Liqasında 6-cı tura yekun vurulub.


Rekord.az xəbər verir ki, günün ilk görüşündə "Gəncə" "Sumqayıt"ı qəbul edib.


Gəncə İdman Sarayındakı qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 80:76.


Günün ikinci qarşılaşmasında "Naxçıvan" "LANDAU Lions"u məğlub edib. Milli Gimnastika Arenasında reallaşan görüş 63:59 hesabı ilə yekunlaşıb.


Xatırladaq ki, turun əvvəlki matçlarında "Sabah" "Ordu"nu (93:81), "Neftçi" NTD-ni (82:63) məğlub edib.