Qubadlıda futbolun yaşatdığı Zəfər sevinci: döyüşçünün xatirələri - VİDEO
- 12:30
- 37
Peşəkar Futbol Liqası (PFL) 8 Noyabr - Zəfər Günü münasibətilə Vətən müharibəsi iştirakçısı Araz Balayevə həsr olunan xüsusi videosüjet hazırlayıb.
Rekord.az xəbər verir ki, süjetdə müharibə iştirakçısı döyüş günlərində futbolun əsgərlərin həyatındakı rolundan və Qubadlıda yaşadığı unudulmaz xatirələrdən danışıb.
Araz Balayev futbolun döyüş yorğunluğunu unutmaq, ruh yüksəkliyini qorumaq və qələbəyə inamı gücləndirmək üçün mühüm vasitə olduğunu bildirib.
“Futbol döyüş yorğunluğumuzu çıxarmaq üçün yaxşı vasitə idi”, - deyə Vətən müharibəsi iştirakçısı vurğulayıb.
O, Qubadlıda qazanılan qələbə sevincini döyüş yoldaşları ilə birlikdə futbol oynayaraq qeyd etdiklərini xatırladıb.
Həmin anlar Araz Balayevin yaddaşında Vətən müharibəsinin həm çətin, həm də qürurverici günlərini əks etdirən unudulmaz xatirələrdən biri kimi qalıb.
Qeyd edək ki, PFL-in hazırladığı xüsusi süjet 8 Noyabr - Zəfər Gününə həsr olunub.