2021-ci il UEFA Superkuboku matçı İstanbulda keçirilə bilər.

Rekord.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Qitənin ali futbol qurumu Çempionlar Liqasının final matçını Türkiyənin İstanbul şəhərindən alaraq Portuqaliyaya verib. 2023-cü ildə Münhendə təşkil edilməli olan ÇL-in həlledici görüşə ev sahibliyi isə İstanbula tapşırılıb. Lakin yeni xəbərə əsasən, bu ilki UEFA Superkubokunun finalı qardaş ölkənin əsas şəhərində oynanıla bilər.

Sözügedən qarşılaşma avqustun 11-də Şimali İrlandiyanın Belfast şəhərində keçirilməli idi.