Tovuzda taekvondo üzrə turnir keçirilib
- 19:00
- 22
“Tovuz Taekvondo Klubu”nun idman zalında yeniyetmələr arasında taekvondo üzrə rayon turniri keçirilib.
Rekord.az xəbər verir ki, turnir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra Tovuz rayonu üzrə gənclər və idman sektorunun müdiri Vasif Abdullayev çıxış edərək yarış iştirakçılarını salamlayıb və onlara uğurlar arzulayıb. Gərgin və maraqlı mübarizə şəraitində keçən turnirin qalibləri Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.