Xəbər verdiyimiz kimi, AFFA hakimlər komitəsinin sədri Frits Ştuxliki yola salmağa hazırlaşır. Buna səbəb onun işinin öhdəsindən gələ bilməməsidir. 

Rekord.az-ın əldə etdiyi məlumata görə, avstriyalı gedəcəyi halda onun yerini azərbaycanlı mütəxəssis tutacaq.

AFFA-nın bu posta namizədi də var. Federasiya ilk növbədə Tahir Süleymanovun üzərində dayanıb. Zaman-zaman Azərbaycan futbolundakı nöqsanları tənqid edən Süleymanova bir dəfə federasiyada iş təklif olunmuşdu. Elxan Məmmədov hətta onu görüşə də çağırmışdı. Lakin müəyyən səbəblərdən anlaşma baş tutmamışdı. Məmmədov növbəti dəfə Süleymanovla danışıb onu bu dəfə Ştuxlikin yerinə gətirmək istəyir. Lakin sabiq FİFA referisinin qərarından da çox şey asılı olacaq.