
Son çempion kubalı oyunçu ilə razılığa gəlib
- 24 İyn 2025 17:22
- 55
Qadın voleybolçulardan ibarət "AZERRAIL" klubu daha bir oyunçunun keçidini rəsmiləşdirib. "Rekord.az" xəbər verir ki, son ölkə çempionu kubalı voleybolçu Daima Del Rio Preval ilə razılığa gəlib.
25 yaşlı blokçu ən azı bir il Bakı klubunun şərəfini qoruyacaq.
Kubalı voleybolçu bundan əvvəl ölkəsində və Macarıstanda çıxış edib.