
Seymur Məmmədovdan AÇ-də tarixi nailiyyət
- 14:20
- 41
Azərbaycan bilyardçısı Seymur Məmmədov Avropa çempionatında tarixi nailiyyətə imza atıb.
Bu barədə Rekord.az-a Bilyard Federasiyasından (ABF) məlumat verilib.
Həm də ABF-nin prezidenti olan S.Məmmədov Gürcüstanın Batumi şəhərində keçirilən yarışda ikinci yeri tutub.
Qeyd edək ki, Avropa çempionatında 16 ölkədən 115 bilyardçı mübarizə aparıb.