
"Sea Breeze Cup"ın qalibləri bəlli olub
- 02 Sen 2025 23:25
- 40
Azərbaycan Voleybol Federasiyası (AVF) və “Sea Breeze Resort”un birgə təşkilatçılığı ilə keçirilən çimərlik voleybolu üzrə “Sea Breeze Cup” turnirinin qalibləri bəlli olub. "Rekord.az" xəbər verir ki, bu gün “Sea Breeze Sport Beach Club”da çimərlik voleybolu üzrə qadınlar və kişilər arasında “Sea Breeze Cup” turniri keçirilib.
Yarışda 6 kişi və 6 qadın komandası mübarizə aparıb. Olimpiya sistemi üzrə keçirilən turnirdə günün birinci yarısında ilkin mərhələ oyunları, ikinci yarısında isə mükafatlar uğrunda oyunlar baş tutub.
Qadınların yarışında bürünc medal uğrunda "Milli U-18" (Xədicə Hadızadə/Cəmilə Bəşirova) və “AZERRAIL”(Nərmin Səmədzadə/ Feyza Bolat), finalda isə "Milli" (Fidan Əhmədxanova/Səbinə Əlizadə) və Larisa Smeltsova/Lizi Latsabitze cütü üz-üzə gəliblər.
Kişilərin yarışında isə bürünc medal uğrunda “Djevo Team” (Heydər Məmmədli/Fərda Dəryayev) və “Alışar” (Məhəmməd Qurbanov/ Samir İbrahimov) komandaları, qızıl medal uğrunda isə “AZERRAIL” (Tural Əsgərov/Nəriman Bayramlı) və “Milli” (Məhəmməd Aslanlı/İbrahim Məmmədov) komandaları qarşılaşıblar.
Gərgin və maraqlı mübarizə şəraitində keçən oyunların nəticəsinə əsasən, qadınların yarışında “Milli U-18” (Xədicə Hadızadə/Cəmilə Bəşirova) komandası bürünc, Larisa Smeltsova/Lizi Latsabitze cütü gümüş, “Milli” (Fidan Əhmədxanova/Səbinə Əlizadə) komandası isə qızıl medalların sahibi olub. Kişilərin yarışında isə bürünc medalı “Djevo Team” (Heydər Məmmədli/Fərda Dəryayev), gümüş medalı “AZERRAIL” (Tural Əsgərov/Nəriman Bayramlı), qızıl medalı isə “Milli” (Məhəmməd Aslanlı/İbrahim Məmmədov) komandası qazanıb.
Oyunlardan sonra mükafatlandırma və bağlanış mərasimi keçirilib. Qalib və mükafatçılara kuboklar, medallar təqdim olunub.
Mükafatları AVF-nin prezidenti Şahin Bağırov, vitse-prezident Bəhruz Quliyev, baş katib Faiq Orucov, İdarə Heyətinin üzvü Elqar Bağırov təqdim ediblər.
Qeyd edək ki, turnir müddətində azarkeşlər arasında viktorinalar keçirilib, qaliblərə müxtəlif hədiyyələr verilib.
Qadınlar
Bürünc medal
“Milli U-18” (Xədicə Hadızadə/Cəmilə Bəşirova) - “AZERRAIL” (Nərmin Səmədzadə/ Feyza Bolat) 2:0
Final
“Milli” (Fidan Əhmədxanova/Səbinə Əlizadə) - Larisa Smeltsova/Lizi Latsabitze 2:0
Kişilər
Bürünc medal
“Djevo Team” (Heydər Məmmədli/Fərda Dəryayev) - “Alışar” (Məhəmməd Qurbanov/ Samir İbrahimov) 2:0
Final
“AZERRAIL” (Tural Əsgərov/Nəriman Bayramlı) -
“Milli” (Məhəmməd Aslanlı/İbrahim Məmmədov) 0:2