Saatlı Olimpiya İdman Kompleksində Azərbaycan Karate Federasiyasının ənənəvi karate şito-ryu üslubu üzrə Milli Qəhrəman Elşən Hüseynovun əziz xatirəsinə həsr olunmuş  uşaqlar, yeniyetmələr və gənclər arasında region turniri keçirilib.

Rekord.az xəbər verir ki, əvvəlcə dövlət himni səslənib, yarış barəsində iştirakçılara məlumat verildikdən sonra turnirə start verilib.

Sonda müxtəlif çəki dərəcələrində I, II və III yeri tutan idmançılar diplom və medallarla təltif olunublar.