
Rumıniyada yüksək nəticələr qazanan karateçilər vətənə dönüb
- 17:20
- 32
Rumıniyada yüksək nəticələr qazanan karateçilər vətənə dönüblər.
Rekord.az xəbər verir ki, qocyu-ryu karate üslubu üzrə (idman karatesi - WKF qaydaları) XXI Avropa çempionatı və birinciliyində uğurlar qazanan Azərbaycan idmançıları Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qarşılanıb.
Onları Federasiya prezidentinin köməkçisi Vüsal Abdullazadə, idmançıların ailə üzvləri və idman azarkeşləri böyük sevinc və fəxrlə qarşıladılar.
Qeyd edək ki, Rumıniyanın Timișoara şəhərində 10-14 oktyabr tarixlərində keçirilən mötəbər yarışda, nümayəndə Nurlan Quliyevin rəhbərliyi altında iştirak edən komandamız yüksək nəticələrə imza ataraq üçrəngli bayrağımızı ucaldıb.