Qobustanda uşu üzrə "Zəfər turniri" keçirilib
- 20:00
- 38
Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə UGİM-in idman zalında uşaq və yeniyetmələr arasında uşu idman növü üzrə “Zəfər turniri” keçirilib.
Rekord.az xəbər verir ki, qələbə uğrunda Azərbaycan Uşu Federasiyasının Qobustan rayonunda fəaliyyət göstərən “Elyar” klubunun idmançıları mübarizə aparıblar.
Yarışın əsas məqsədi — erməni faşizmi üzərində qazanılmış Qələbənin və Zəfər Gününün qeyd olunması, uşu idman növünün rayonda uşaq və yeniyetmələr arasında kütləviliyinin artırılması, təlim-məşq proseslərinin təkmilləşdirilməsi və gələcək zona və respublika yarışlarında iştirak edəcək idmançıların müəyyən olunması olub.
Ayrı-ayrı çəki dərəcələrində fərqlənən idmançılar Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin medal və diplomları ilə mükafatlandırılıblar.