8-ci turda iki heç-heçə
- 22:00
- 42
Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını keçiriblər.
Rekord.az xəbər verir ki, kişilərdən ibarət komanda 8-ci turda Hindistanla heç-heçə edib - 2:2.
Qadınlar Argentinadan olan rəqibləri ilə qarşılaşıblar. Bu görüş də eyni hesabla bitib.
Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq.