Qax rayonunda yeniyetmələr arasında voleybol idman növü üzrə rayon birinciliyi keçirilmişdir.

Rekord.az xəbər verir ki, yarış 11-12 iyun 2025-ci il tarixlərində  Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Qax rayon  üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə  Qax rayon  2 №-li məktəbində keçirilmişdir. 

Qalıb gələn idmançılar Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunub.