Bakıda keçirilən Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq həndbol turnirinin qalibi müəyyənləşib.


Bu barədə Rekord.az-a Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.


"AHF Arena"da təşkil olunan final matçında Qazaxıstan millisi ilə Özbəkistanın OKMK komandası üz-üzə gəlib. Qarşılaşma Özbəkistan klubunun 29:28 hesablı qələbəsi ilə başa çatıb.


Beləliklə OKMK turnirin qızıl medallarına yiyələnib.