Müstəqillik Gününə həsr olunmuş turnir keçirilib
- 16 May 2025 14:30
- 48
Yardımlı rayonunda "28 May Müstəqillik Günü"nə həsr olunmuş voleybol üzrə rayon turniri başa çatıb. "Rekord.az" xəbər verir ki, yarış Yardımlı İdman Kompleksində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin və Hacıqabul Regional Voleybol Klubunun təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət komandalar arasında keçirilib.
Final qarşılaşmasında Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov, Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əskərov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə və digər rəsmi qonaqlar iştirak ediblər. Onlar çıxış edərək respublikamızda ölkə rəhbərliyi tərəfindən idmanın inkişafına göstərilən diqqət və qayğıdan danışıblar.
Qeyd edək ki, turnirdə 8 komanda mübarizə aparıb. Gərgin mübarizə şəraitində keçən görüşdə I yeri Yardımlı rayon 2 saylı tam orta məktəbin “İstiqlal” komandası, II yeri Yardımlı rayon Horovar kənd tam orta məktəbin “Uğur” komandası, III yeri isə Yardımlı rayon Sırıq kənd tam orta məktəbin “Hilal” komandası tutub. Qalib komandalar kubok, diplom və medallarla təltif olunublar.