
Millimizin üzvü Rusiyada qaldı
- 26 May 2025 21:49
- 190
Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Kristina Besmanın növbəti mövsümdə çıxış edəcəyi komanda bəlli olub. "Rekord.az" xəbər verir ki, oyunqurucumuz karyerasını yenə Rusiyada davam etdirəcək.
Son mövsümü Rusiyanın "Yenisey" komandasında keçirən 29 yaşlı voleybolçumuz bu dəfə "Omiçka" klubunun formasını geyinəcək. Besman ən azı bir il Omsk təmsilçisinin şərəfini qoruyacaq.