Millimizin kapitanı bəlli oldu
- 16:40
- 35
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı bəlli olub. "Rekord.az" xəbər verir ki, komandamızda bu vəzifəsini yenidən təcrübəli oyunçumuz Ayşən Abduləzimova yerinə yetirəcək.
Son iki ildə komandamızda kapitan kimi Aynur İmanova meydana çıxırdı. Buna səbəb isə Ayşənin zədə səbəbindən iki mövsüm milliyə kömək edə bilməməsi olub.
Beləliklə, iyunda start götürəcək Avropa Liqasında və avqust-sentyabr aylarında baş tutacaq Avropa çempionatında yığmamızı kapitan kimi meydana Ayşən Abduləzimova çıxaracaq.