Millimizin İslamiadadakı oyunlarının vaxtı müəyyənləşdi
- 16:40
- 37
Azərbaycanın qadınlardan ibarət həndbol millisinin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarındakı matçlarının vaxtı müəyyənləşib.
Rekord.az xəbər verir ki, B qrupunda yer alan kollektiv ilk oyununu noyabrın 13-də Qətər yığmasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Milli noyabrın 15-də Özbəkistanla üz-üzə gələcək. Bu görüş eyni vaxtda start götürəcək.
Son qarşılaşma isə noyabrın 17-də, saat 15:00-da Qazaxıstan millisi ilə oynanılacaq. Bütün matçlar "Green Hall" Olimpiya Kompleksində baş tutacaq.
Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.