
Millimizin hücumçusu Bakıya qayıtdı
- 15:00
- 62
Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Marqarita Stepanenko yenidən Azərbaycan çempionatında çıxış edəcək. "Rekord.az" xəbər verir ki, təcrübəli hücumçumuz yeni mövsümdə "UNEC" klubunun şərəfini qoruyacaq.
Stepanenko ən azı bir il qarşıdakı mövsümdən etibarən daha güclü heyət qurmağa başlayan "UNEC" uğurları üçün çalışacaq.
Qeyd edək ki, 32 yaşlı hücumçumuz karyerası boyunca ölkəmizlə yanaşı, Türkiyə, Belarus, Polşa, Ukrayna, Macarıstan və İsrail çempionatlarında çıxış edib, dəfələrlə çempionluq və mükafatlar qazanıb.