Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Gümüş Liqasına hazırlıqları davam etdirir. "Rekord.az" xəbər verir ki, təlim-məşq toplanışını Bakıda keçən komandamızın baş məşqçisi Fərid Cəlalov hazırlıq prosesi ilə fikirlərini bizimlə bölüşüb:
“Avropa Gümüş Liqasına hazırlıqlarımız davam edir. Oyunlarımızın başlamasına az vaxt qalıb. İlk oyunlarımız İsveç və Gürcüstan milliləri ilə səfərdə olacaq. Rəqiblərimizi analiz etmişik. Düşünürəm ki, istədiyimiz oyunu göstərə bilsək qalib gələ bilərik. Əlbəttə, rəqiblərimiz arasında daha təcrübəli komandalar da var. Bu il heyətimizə təcrübəli oyunçularla yanaşı, gənclərimizi də cəlb etmişik. Çalışmalıyıq ki, hər bir oyunda gözəl oyun göstərək və qalib gələk”.