Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Macarıstan yığması ilə yoxlama oyunu keçirib. "Rekord.az" xəbər verir ki, qarşılaşma komandamızın bu ölkədəki təlim-məşq toplanışı çərçivəsində baş tutub.

Son iki ildə millidə çıxış etməyən aparıcı voleybolçularımızın heyətdə olması yığmamıza müsbət təsir göstərib. Faiq Qarayevin yetirmələri yetirmələri meydan sahiblərini 3:0 hesabı ilə məğlub ediblər. Komandaların əvəzedici heyətləri arasında da əlavə bir set oynanılıb. Bu hissə 25:22 hesabı ilə macarların xeyrine yekunlaşıb.

Qeyd edək ki, millimiz bu ölkədə yenə yoxlama oyunu keçirəcək. Daha sonra isə təlim-məşq toplanışını Sloveniyada davam etdirəcək.


Yoxlama oyunu 

   Macarıstan - Azərbaycan 0:3 (21:25, 17:25, 18:25)

   Əlavə hissə - 25:22