Millimiz yenə Macarıstana qalib gəldi
- 21:27
- 38
Macarıstanda təlim-məşq toplanışı keçən qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, komandamız yenə bu ölkənin yığması ilə qarşılaşıb.
Dünənki matçda quru hesablı qələbə qazanan Faiq Qarayevin yetirmələri bu dəfə rəqibin ciddi müqaviməti ilə üzləşiblər. Komandamız ilk iki hissəni öz xeyrinə başa vursa da, növbəti seti meydan sahibləri qazanıblar. Dördüncü hissədə isə millimiz sevinən tərəf olub və qarşılaşmanı 3:1 hesablı qələbə ilə başa vurub.
Daha sonra komandaların əvəzedici heyətləri arasında əlavə set oynanılıb. Burada --
Yoxlama oyunu (Macarıstan)
Macarıstan - Azərbaycan 1:3 (22:25, 23:25, 25:18, 8:25)
Əlavə set - 25:18