Millimiz təlim-məşq toplanışı üçün Macarıstana yollanıb
- 11:25
- 31
Qadın
voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa Liqasına
hazırlıqlarını ölkə xaricində davam etdirəcək. "Rekord.az" xəbər verir ki, yığmamız bu məqsədlə bu
gün Macarıstana yola düşüb.
Millimiz mayın 12-dən
16-dək Macarıstanda təlim-məşq toplanışında iştirak edəcək. Daha sonra
komandamız hazırlıqlarını Sloveniyada davam etdirəcək. Bu ölkədə təşkil
olunacaq təlim-məşq toplanışı mayın 29-dək davam edəcək.
Hazırlıq
proqramı çərçivəsində milli komandamızın bir sıra yoxlama oyunları
keçirməsi də planlaşdırılır. Təlim-məşq toplanışlarına 14 voleybolçu
cəlb olunub.
Qeyd edək ki, yığmamız Avropa
Liqasındakı ilk oyunlarını Bakıda keçirəcək. İyunun 5-7-də baş tutacaq
qarşılaşmalarda millimizin rəqibləri İsveç və Estoniya yığmaları olacaq.