
Millimiz MDB Oyunlarına Özbəkistanda hazırlaşacaq
- 09 Avq 2025 15:30
- 69
Azərbaycanın 16 yaşadək voleybolçu qızlardan ibarət millisi 3-cü MDB Oyunlarına hazırlığın növbəti mərhələsini Özbəkistanda keçəcək.
Bu barədə Rekord.az-a Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Avqustun 18-dək davam edəcək təlim-məşq toplanışında komanda Özbəkistanın yeniyetmələrdən ibarət millisi ilə bir neçə yoxlama oyunu da keçirəcək.