
Millimiz hazırlıq oyununda ABŞ komandasını məğlub edib
- 14:49
- 34
Avropa Qızıl Liqasına hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Sloveniyada təşkil olunan təlim-məşq toplanışı başa çatıb. "Rekord.az" xəbər verir ki, komandamız 9-17 may tarixlərində Maribor şəhərində olub
Burada baş tutan hazırlıq prosesində komandamız Sloveniya yığması ilə birgə məşqlər edib. Həmçinin, millimiz buradakı təlim-məşq toplanışı çərçivəsində ABŞ-ın “Spartans” klubu ilə yoxlama oyunu keçirib və qarşılaşma millimizin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Hazırlıq prosesinin növbəti mərhələsi çərçivəsində komandamız bu gün Sloveniyadan Yunanıstana yola düşüb. Millimiz mayın 24-dək burada təlim-məşq toplanışında olacaq. Komandamızın Yunanıstanda da yoxlama oyunları keçirməsi nəzərdə tutulur.
Qeyd edək ki, yığmamız Avropa Qızıl Liqasında ilk oyunlarını Bakıda keçirəcək. Mayın 30-da və iyunun 1-də baş tutacaq bu görüşlərdə rəqiblərimiz Macarıstan və Sloveniya komandaları olacaq.