Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinə hazırlıqları davam etdirir. "Rekord.az" xəbər verir ki, hazırlıq prosesi GİN-in Voleybol Mərkəzində keçirilir. 

Komandamız 2026-cı ildə baş tutacaq qitə birinciliyinin seçmə mərhələsi çərçivəsində təlim-məşq toplanışına iyulun 15-də başlayıb. Fərid Calalovun rəhbərlik etdiyi yığmamıza ümumilikdə 14 voleybolçu cəlb olunub.

Millimiz seçmə mərhələdə Belçika və Avstriya kollektivləri ilə qarşılaşacaq. Komandamız avqustun 13-də səfərdə Belçika, avqustun 16-da isə Bakıda Avstriya milliləri ilə üz-üzə gələcək.

Qeyd edək ki, Avropa Voleybol Konfederasiyasının təqviminə əsasən, bu mərhələnin ilk oyunları 2024-cü ilin avqust ayında keçirilib.