Qadınlardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırlıqlara start verib. "Rekord.az" xəbər verir ki, ilk olaraq fiziki hazırlıq üzrə çalışmalar həyata keçirən komandamız mayın 5-dən etibarən GİN-in Voleybol Mərkəzində geniş heyətlə əsas hazırlıq mərhələsinə başlayıb. Təlim-məşq prosesinə ümumilikdə 26 voleybolçu cəlb olunub. Yığmamıza baş məşqçi Faiq Qarayev rəhbərlik edir.

Hazırlıq proqramına əsasən, komandamız Bakıda və ölkə xaricində təlim-məşq toplanışlarında olacaq, həmçinin bir sıra yoxlama oyunları keçirəcək.

Qeyd edək ki, Avropa Liqasında millimizin ilk oyunları 5-7 iyun tarixlərində Bakıda baş tutacaq.