
Lunyovdan Avropa Kubokunda gümüş medal
- 21 İyl 2025 14:30
- 46
Azərbaycan atıcısı Ruslan Lunyov Estoniyanın paytaxtı Tallində Avropa Atıcılıq Konfederasiyasının təşkilatçılığı ilə keçirilən “5-ci Ranno Krusta Memorialı” və “Lapua” Avropa Kubokunda iki gümüş medal qazanıb.
Bu barədə Rekord.az-a Atıcılıq Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
O, əvvəlcə 25 metr məsafəyə sürətli atəş üzrə yarışda ikinci yeri tutub.
Növbəti uğur isə 25 metr məsafəyə mərkəzi atəş açma növü üzrə fərdi yarışda qeydə alınıb. Bu mərhələdə R.Lunyov ümumilikdə 581 xal və 23 daxili onluq (x) nəticəsi ilə çıxış edərək yenidən ikinci yerə yüksəlib.