“Kür” daha bir həndbolçunu heyətinə qatdı
- 31 Okt 2025 13:20
- 240
Yeni mövsüm öncəsi heyətini gücləndirən "Kür" daha bir həndbolçunu sıralarına cəlb edib.
Bu barədə Rekord.az-a Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Mingəçevir təmsilçisi ötən mövsüm "Qarabağ"ın şərəfini qoruyan Leyla İbrahimova ilə 1 illik anlaşıb.
Həndbolçu yeni komandasında 66 nömrəli formanı geyinəcək.