
“Kür” cavab oyununda da Macarıstan klubuna uduzdu
- 19 Okt 2025 23:05
- 42
Bu gün Azərbaycan təmsilçisi “Kür” kişilər arasında Avropa Həndbol Kubokunun ikinci təsnifat mərhələsində cavab oyununu keçirib.
Rekord.az xəbər verir ki, paytaxt klubu öz meydanında Macarıstanın “Balatonfyured” komandasını qəbul edib.
Qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 20:39 (11:20).
Qeyd edək ki, Macarıstanda keçirilən ilk oyunda da “Kür” məğlub olub - 19:42.