"Tottenhem"in hücumçusu Harri Keyn karyerasını "Barselona"da davam etdirə bilər.

Rekord.az sport.es-ə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu Kataloniya təmsilçisində oynamaq istəyir.

Onun nümayəndələri artıq "Barselona" ilə  əlaqə saxlayıblar. Bildirilib ki, klubun ingilis oyunçularının İspaniyaya uyğunlaşmaqda qarşılaşdıqları çətinliklər səbəbindən transfer mövzusunda şübhələri var. "Barselona"nın yaxın vaxtlarda qəti qərar verəcəyi gözlənilir.

Qeyd edək ki, "Tottenhem"in yetirməsi olan Keyn  2011-ci ildə əsas komandada debüt edib. O, bu mövsüm İngiltərə Premyer Liqasının 32 matçında 21 qol vurub, 13 qolun ötürməsini verib.