Formula 2: İlk sıralama turunda Aleks Dann birinci oldu
- 16:40
- 34
Formula 2 üzrə Azərbaycan qran-prisində birinci sıralama turu başa çatıb.
Rekord.az xəbər verir ki, ən yaxşı nəticəni "Rodin Motorsport"dan Aleks Dann göstərib.
"Rodin Motorsport"dan Martinius Stenşorne ikinci, "Campos Rasing"dən Noel Leon üçüncü olub.
Bu gün ikinci dərəcəli pilotların daha bir sıralama turu gerçəkləşəcək.
Daha əvvəl "Formula 2"-dəki sərbəst yürüşdə "Art Grand Prix" komandasından Kuş Maini ən yaxşı nəticəni göstərib.
Qeyd edək ki, Azərbaycan qran-prisi sentyabrın 26-da başa çatacaq.