“Sumqayıt” daha bir amerikalı gətirdi
- 14:00
- 29
“Sumqayıt” Basketbol Klubu heyətini genişləndirməyə davam edir.
Rekord.az xəbər verir ki, sözügedən klub amerikalı oyunçu Cakori Arçini transfer edib.
27 yaşlı basketbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Arçi 2023/24 mövsümündə hazırda “LANDAU Lions” klubunun sələfi olan “Xırdalan” komandasında çıxış edib. O, həmin mövsümdə orta hesabla 19,9 xal və 6,3 ribaund toplayıb.
198 sm boya malik basketbolçu həm müdafiəçi (shooting guard), həm də yüngül forvard (small forward) mövqeyində oynayır. “Xırdalan”dan ayrıldıqdan sonra Cakori Makedoniya, Yunanıstan və Avstriya çempionatlarında da oynayıb.