Azərbaycanın paracüdo üzrə milli komandası sentyabrın 25-dən 27-dək Gürcüstanın paytaxtı Tiflisdə keçiriləcək dünya çempionatında mübarizə aparacaq.


Rekord.az xəbər verir ki, yarışda kişilər arasında İlham Zəkiyev (J1, +95 kq), Saleh Sultanov (J1, 81 kq), İsmayıl Muradov (J1, 70 kq) və Hüseyn İsmayılzadə (J2, 70 kq), qadınlar arasında isə Dürsədəf Kərimova (J2, +70 kq) və Xatirə İsmiyeva (J1, +70 kq) çıxış edəcəklər.


Paracüdoçuların yarışa hazırlığına baş məşqçilər İbrahim İbrahimov və Ramin İbrahimov rəhbərlik edəcəklər.