Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını keçiriblər.


Rekord.az xəbər verir ki, kişilərdən ibarət komanda 7-ci turda Yunanıstanı 3,5:0,5 hesabı ilə məğlub edib.


Qadınlar isə Ermənistandan olan rəqiblərinə uduzub - 1,5:2,5.


Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq.