“Neftçi”dən uğurlu start
- 21:00
- 39
"Neftçi" baksetbol komandası FIBA Avropa Kubokunda mübarizəyə start verib.
Rekord.az xəbər verir ki, təsnifat mərhələsində Estoniyanın "Parnu" komandası ilə üz-üzə gələn "ağ-qaralar" 80:67 hesablı qələbəyə seviniblər.
Qarşılaşma Bakı İdman Sarayında keçirilib.
Tərəflər arasında cavab görüşü sentyabrın 30-da baş tutacaq. Cütün qalibi FIBA Avropa Kubokunun əsas mərhələsinin H qrupunda "Oradya" (Rumıniya), "Fribur Olimpik" (İsveçrə), VEF (Latviya), "Mikonos" (Yunanıstan) və "Lokomotiv" (Plovdiv, Bolqarıstan) komandaları ilə oynayacaq.