Formula 2: Bakıda ikinci sıralama turu başa çatıb
- 18:00
- 33
Formula 2 üzrə Azərbaycan qran-prisində ikinci sıralama turu başa çatıb.
Rekord.az xəbər verir ki, bu dəfə ən yaxşı nəticəni "Rodin Motorsport"dan Martinius Stenşorne göstərib.
"Rodin Motorsport"dan Aleks Dann ikinci, "İnvicta Racing"dən Rafael Kamara üçüncü olub.
Daha əvvəl ikinci dərəcəli pilotların sərbəst yürüşündə "Art Grand Prix" komandasından Kuş Maini ən yaxşı nəticəni göstərib. Birinci sıralama turunda isə "Rodin Motorsport"dan Aleks Dann lider olub.
Xatırladaq ki, Bakıdakı qran-pri sentyabrın 26-da başa çatacaq.