“Azərbaycanın çox keyfiyyətli oyunçuları var”
- 22:42
- 40
Tacikistan yığmasının baş məşqçisi İqor Angelovski Azərbaycan millisinə qarşı keçirdikləri yoldaşlıq oyunundan danışıb.
Rekord.az xəbər verir ki, o, 0:1 hesablı məğlubiyyəti belə şərh edib:
“Azərbaycan millisini qələbə münasibətilə təbrik edirəm. Onların çox keyfiyyətli oyunçuları var. Komanda da bundan istifadə etdi. Çox çətin qarşılaşma oldu. Bizim üçün də yaxşı epizodlar yarandı, lakin istifadə edə bilmədik.
Azərbaycan millisinin yaxşı oynayacağını bilirdim, məni təəccübləndirmədilər. Komandaya uğurlar arzu edirəm və inanıram ki, gözəl nəticələr üçün mübarizə aparmağa davam edəcəklər.
Bu, yoldaşlıq oyunudur. Məqsədimiz Asiya kubokunu əldə etməkdir. Mənim çox yaxşı 3 qapıçım var. Bu gün Oleq Baklovdan istifadə etdik. Lakin bu o, demək deyil ki, hər zaman qapıda o çıxış edəcək. Futbolda müəyyən söhbətlər aparılması normaldır. Mən də oyundan öncə onunla bir qədər söhbət etdim.
Bir məşqçinin ən böyük arzusu futbolçularının yüksək ritmli komandada oynaya bilməsidir. Azərbaycan və Tacikistanda isə futbolçuların xaricə çıxması üçün bəzi problemlər olur. Ümid edirəm, bu problemlər aradan qalxar və oyunçular üçün motivasiya olar.
Qonaqpərvərliyinizə görə təşəkkür edirəm. Bu gün bizi dəstəkləyən azarkeşlərə və Tacikistan səfirliyinə təşəkkür edirəm. Ümid edirəm ki, uğur qazanıb, növbəti mərhələlərə keçərsiniz”.