"Sumqayıt" basketbol klubu heyətini Rüstəm Əliyevlə gücləndirib.


Bu barədə Rekord.az-a klubun mətbuat xidmətindən bildirlib.


196 sm boya malik basketbolçu ilə 2026/2027 mövsümünü əhatə edəcək müqavilə imzalanıb.


Daha öncə "Sabah"la iki il ardıcıl çempionluq sevinci yaşayan Rüstəm Əliyev "Ordu" və "LANDAU Lions" klubunda da çıxış edib.


O, həmçinin U-18 və əsas millinin heyətində də meydana çıxıb.