Milli komandaların oyunları ilə əlaqədar Misli Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Araz-Naxçıvan” 2 yoxlama oyunu keçirəcək.


Rekord.az xəbər verir ki, komanda sentyabrın 27-də, saat 16:00-da BOS-un ehtiyat meydanında “İmişli” ilə qarşılaşacaq.


Növbəti oyun isə oktyabrın 2-nə nəzərdə tutulub. Sparrinq-rəqib “Neftçi” olacaq. Oyunun məkanı və yeri barədə əlavə məlumat veriləcək.