Azərbaycan milliləri bu gün növbəti oyunlarını keçirəcəklər
- 13:15
- 32
Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını bu gün keçirəcəklər.
Rekord.az xəbər verir ki, kişilərdən ibarət komanda 8-ci turda Hindistanla üz-üzə gələcək.
Qadınlar Argentinadan olan rəqibləri ilə qarşılaşacaqlar.
Yeddi turdan sonra kişilərdən ibarət kollektiv 12 xalla 5-ci, qadınlardan ibarət milli isə 10 xalla 14-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq.