Ağsuda şahmat turniri
- 15:00
- 32
Ağsu rayonu Uşaq-Gənclər İdman-Şahmat məktəbində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Ağsu rayonu üzrə gənclər və idman sektorunun və Ağsu rayonu UGİŞM-nin birgə təşkilatçılığı ilə "20 Sentyabr - Dövlət Suverenliyi Günü" münasibətilə şahmat üzrə uşaq, yeniyetmə və gənclər arasında Ağsu rayon turniri keçirilib.
Rekord.az xəbər verir ki, tədbirin əsas məqsədi əlamətdar günlərin qeyd olunması, vətənpərvərlik ruhunun yüksəldilməsi və asudə vaxtın səmərəli təşkili olmuşdur.
Yarışın sonunda qaliblərə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin diplom və medalları təqdim edildi.