AFFA-nın yeni texniki direktoru Edmund Klaus akademiya rəhbərləri arasında uşaq liqalarının formatı ilə bağlı uzun sürən müzakirələr yekunlaşıb.

Rekord.az xəbər verir ki, əsas müzakirə mövzusu U-13 və U-14 liqaları idi.

Edmund təklif etmişdi ki, U-14 liqası 9-9-a, U-13 liqası isə 7-7-ə keçirilsin. Klub akademiyaları isə sayın bu cür azaldılmasına qarşı çıxmış, 11-11 variantını ən yaxşı hesab etmişdi. Lakin uzun sürən müzakirələrdən sonra tərəflər U-13 liqasında 8-8-ə, U-14 liqasında isə 10-10 oynamaqla bağlı razılıq əldə ediblər.