Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti oyununa çıxıb.

Rekord.az xəbər verir ki, Ayxan Abbasovun çalışdırdığı millimiz Bakıda Tacikistan yığması ilə qarşılaşıb.

Komandalar 8-ci km qəsəbə stadionunda üz-üzə gəlib. Qarşılaşmanı moldovalı hakimlər idarə ediblər.

Oyunun taleyini bir qol həll edib. Millimiz yekunda tək qolla qalib gəlib.

Yoxlama oyunu
23 sentyabr

Azərbaycan – Tacikistan 1:0
Qol: Toral Bayramov, 58.
Baş hakim: Roman Jitari (Moldova).
Baş hakimin köməkçiləri: Vlad Lifçiu, Vadim Vikol (Moldova).
Dördüncü hakim: Kamranbəy Rəhimov (Azərbaycan).
VAR: Abduraşıd Xudoyberganov (Özbəkistan).
AVAR: Kamran Bayramov (Azərbaycan).
8-ci km qəsəbə stadionu. Saat 20:00.

Azərbaycan: 1. Emil Balayev, 2. Rəhman Daşdəmirov, 4. Rahil Məmmədov, 19. Tellur Mütəllimov, 14. Elvin Bədəlov, 7. Toral Bayramov, 6. Abdulla Xaybullayev, 8. Emin Mahmudov (k), 20. Aleksey İsayev, 21. Rahim Sadıxov, 22. Musa Qurbanlı.
Ehtiyat oyunçular: 3. Rüfət Abbasov, 5. Fərid Yusifli, 9. Renat Dadaşov, 10. Mahir Emreli, 11. Hüseynov, 12. Aydın Bayramov, 13. Emil Səfərov, 15. Murad Xaçayev, 16. Anatoli Nuriyev, 17. Vüsal İsgəndərli, 18. Cəlal Hüseynov, 23. Rəvan Mirzəmmədov, 24. Rüfət Abdullazadə, 25. Rahil Məmmədov, 26. Edqar Adilxanov.
Baş məşqçi: Ayxan Abbasov.
Tacikistan: 23. Oleq Baklov, 2. Zoir Cüraboyev, 3. Tabrez İslomov, 5. Salohiddin İrqaşev, 6. Vahdat Hanonov, 7. Parvizcon Umarbayev, 9. Rüstəm Soirov, 10. Alişer Cəlilov, 15. Şervoni Mabatşoyev, 18. Alişer Şükürov, 20. Alicon Karamatullozoda.
Ehtiyat oyunçular: 1. Rüstəm Yatimov, 16. Daler Azizov, 4. Sodikcon Kurbonov, 8. Amirbek Cüraboyev, 11. Muhammadcon Rahimov, 12. Mehrubon Kərimov, 13. Abdusamad Melikmurodov, 14. Şeriddin Boboyev, 17. Nozim Boboconov, 19. Axtam Nazarov, 21. Fathullo Olimzoda, 22. Şahrom Samiyev, 24. Muso Kahorov, 25. Furkon Rahimzoda, 26. Azizbek Xaitov.
Baş məşqçi: İqor Angelovski.