"Kəpəz" qış fasiləsinə erkən yollanıb. I Divizionda son turun oyunları qalsa da 13 komandalı I Divizionda bu tur istirahət növbəsi gəncəlilərə çatdığından onlar fasiləyə erkən yollanmalı olub.

 

Rekord.az xəbər verir ki komandaya fasiləyə islahatlarla yollanıb.

 

Belə ki baş məşqçi Yaşar Vahabzadə 3 futbolçunu "Kəpəz"dən göndərib. Həmin futbolçulardan birinin qapıçı Əli Kərimov olduğu deyilir. İstər son çempionatın son turlarında istərsə də "Keşlə" ilə kubok matçında zəif təsir bağışlayan və kobud səhvlərə yol verən qapıçının göndərilməsinə qərar verilib.