
Keniya millisinin hücumçusu Gəncə klubunda
- 12:47
- 48
Qadın voleybolçulardan ibarət "Gəncə" klubu heyətini gücləndirməkdə davam edir. "Rekord.az" xəbər verir ki, Gəncə təmsilçisi bu dəfə Keniya millisinin üzvü Şeron Çepçumba ilə müqavilə imzalayıb.
Voleybolçu ötən mövsümü Vyetnamın "Hoa chat Durc Giang Lao Cai" komandasında keçirib. Oyunçu karyerası ərzində Keniya, Türkiyə və Yunanıstan klublarında forma geyinib.
"Çumba" ləqəbli hücumçu klublararası Afrika çempionatının, Vyetnam və Keniya Liqalarının qalibi olub. Keniya millisinin heyətində 2019-cu ildə Afrika Oyunlarında, 2023-cü ildə isə Afrika çempionatında qızıl medal qazanıb. O, ardıcıl iki Yay Olimpiya Oyunlarının iştirakçısı olub.