
Kapitanımız 6 il çıxış etdiyi Macarıstan klubundan ayrıldı
- 11:54
- 23
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova Macarıstan klubundan ayrılıb. "Rekord.az" xəbər verir ki, təcrübəli blokçumuz 6 il şərəfini qoruduğu "Vasas Obuda" komandasından getməsini sosial şəbəkə vasitəsilə açıqlayıb.
Yığmamızın və "Vasas Obuda"nın kapitanı paylaşımında komanda yoldaşlarına, məqşçilər heyətinə və azarkeşlərə təşəkkürünü bildiribş.
Qeyd edək ki, ölkəmizi xaricdə layiqli şəkildə təmsil edən Ayşən Abduləzimova Macarıstanda çıxış etdiyi 6 il ərzində 5 dəfə ölkə çempionu, 5 dəfə kubokun qalibi olub, həmçinin digər mükafatlar qazanıb. Abduləzimova "Vasas Obuda" ilə avrokuboklarda da uğurlu çıxışı ilə yadda qalıb. Çempionlar Liqasında Macarıstan voleybol tarixinin ən uğurlu nəticəsini qazanıb, CEV Kubokunda üçüncü olub. MEVZA çempionu və Super kubokunun qalibi olub. Digər beynəlxalq yarışlarda da qalib və mükafatçı olub.